İnterpress.az FHN-in saytına istinadən xəbər verir ki, 24.07.2019-cu il tarixində Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərdən ikisinin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.
İnterpress.az