İnterpress.az-ın məlumatına görə, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.
UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.
Qeyd edək ki, avqustun 1-i \”Bakcell Arena”da keçiriləcək \”Neftçi” – \”Arsenal” oyunu saat 21:00-da başlayacaq. Rusiyadakı ilk oyunda flaqman 1:0 hesablı qələbə qazanıb.
İnterpress.az