UFAZ-a keçirilmiş qəbul imtahanlarında uğur qazanan abituriyentlərdən 160-ı seçilibbackend

UFAZ-a keçirilmiş qəbul imtahanlarında uğur qazanan abituriyentlərdən 160-ı seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov məlumat verib. İcraçı direktor deyib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha çox bal toplayan 497 abituriyent UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib, onlardan 448-i imtahanlarda iştirak edib.

UFAZ-ın tələbəsi adını qazanmış gənclərin ümumi təsdiqlənmiş siyahısı Təhsil Nazirliyinə və DİM-ə təqdim ediləcək və siyahıda olan abituriyentlər digər ali məktəblərə qəbul müsabiqəsində iştirak etməyəcəklər.

UFAZ-da dörd ixtisas – geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir. Hər ixtisas üzrə 40 nəfərin qəbul olunması nəzərdə tutulur.

UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar.

İnterpress.az