İnterpress.az xəbər verir ki, dəyişiklik Türkiyənin cüdo üzrə millisinin qarışıq komanda yarışının finalında Rusiya kollektivini məğlub etməsindən sonra reallaşıb. Bununla aktivinə 11-ci qızıl medalı yazdıran, 5 gümüş və 10 bürünc medala sahib olan “ay-ulduzlular” önə keçiblər.
Hazırda Rusiya komandası 28 qızıl, 17 gümüş və 20 bürünc medalla 1-ci sıradadır. Böyük Britaniya yığması 11 qızıl, 12 gümüş və 1 bürünc medalı 2-ci yerdədir. Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi 4-cüdür.
Qeyd edək ki, Azərbaycan idmançıları EYOF-da çıxışlarını başa vurublar.
İnterpress.az