Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzinə indiyə kimi 9 minədək vətəndaş müraciət edibbackend

Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzinə indiyə kimi 9 minədək vətəndaş müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən İnterpress.az-a verilən məluma görə, əhaliyə “bir pəncərə” və “e-sosial” portalı əsasında xidmətlərin göstərildiyi mərkəzdə xidmət prosesi operativlik və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, vətəndaş məmnunluğunun təmin edilməsi prinsiplərinə əsaslanır. Bütün müraciətlərə baxılması vətəndaşlarla açıq iş şəraitində, onların iştirakı ilə aparılır ki, bu da şəffaflıq üçün vacib amillərdən biridir.

Müraciət edənlərdən 7 min 924 nəfəri mərkəzin əməkdaşları tərəfindən qəbul edilib. 975 nəfərin müraciəti isə sorğu xarakterli olub və qeydiyyat masalarında şifahi cavablandırılıb.

Bu ilin 6 ayında DSMF-nin rəhbər vəzifəli şəxsləri və Fondun şöbələrinin əməkdaşları tərəfindən isə 8 mindən artıq vətəndaş qəbul edilib.

Vətəndaşların müraciətləri pensiya və sosial müavinət, təqaüd, avtomobil və mənzil növbəliliyi, ünvanlı dövlət sosial yardımı, sosial xidmətlər, sanator kurort yollayışları və s. ilə bağlı olub. Müraciətlər qanunvericiliyin tələblərinə uyğun cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlər obyektiv şəkildə araşdırılaraq nəticəsi əsasında müvafiq tədbirlər görülüb.

İnterpress.az