Bu barədə İnterpress.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyul ayının 24-də gecə vaxtı təlim məşq uçuşları keçirən zaman qəzaya uğrayaraq Xəzər dənizinə düşmüş Azərbaycan Respub-likasının Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin və pilotunun axtarış tədbirlərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müraciəti əsasında 28 iyul tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri və sahil nəzarəti bölmələri cəlb olunub.
İnterpress.az