“Onların oxuduqları müzakirəyə gəlməz bir şeydir” – Müğənninin etirazıbackend

“Onların oxuduqları müzakirəyə gəlməz bir şeydir” – Müğənninin etirazı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikirləri Elton Hüseynəliyev ATV telekanalında qonağı olduğu \”Bir axşam\” proqramında deyib.

\”Bu gün müğənnilər var ki, özləri üçün bir stil yaradıblar. O stili nümayiş etdiriblər və tutub, sevilib. Məsələn, Damla, Üzeyir, bir çoxlarının adını çəkə bilərəm. O, onların öz stilidir. Onlar onu özləri üçün yaradıblar və sevilib. Onları ciddi sənətdə müzakirə etmək olmaz. Onları ciddi sənətə gətirib müzakirəyə qoymaq düzgün deyil. Onların oxuduqları da, ümumiyyətlə, müzakirəyə gəlməz bir şeydir. Onların ifası ciddi sənət deyil. Bizim ifaçılığımızın isə məktəbi var. Biz səhv edə bilmərik. Biz ciddi musiqidə yanlış edə bilmərik. Onları gətirib artıq ciddi musiqidə müzakirə edəndə o, artıq düz olmur\”.

Müğənni adını çəkdiyi ifaçıların üstünə gedənləri də qınayıb: \”Çox vaxt görürəm o adını çəkdiyim ifaçıların üstünə düşüb, onları qınayırlar. O düzgün deyil. Onlar da insandır. Onların da şirin səsi var, məlahəti var, onları da sevənlər var. Belə danışmaq düz deyil. Hamımız insanıq, hamımızın arzuları var həyatda. Kimsə əgər özünü kimdənsə üstün aparmaq istəyirsə, həyatda, bu, çox pis görsənir. Kiminsə yaxşı oxumağı kimdənsə üstün olmağı demək deyil\”.

İnterpress.az