Braziliyada həbsxanada iğtişaşlar nəticəsində 52 məhbus həlak olubbackend

Braziliyada həbsxanada iğtişaşlar nəticəsində 52 məhbus həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın \”Globo\” telekanalına istinadən verdiyi məlumata görə, Altamira bələdiyyəsində yerləşən həbsxanada baş verən iğtişaşlar nəticəsində 52 məhbus həlak olub.

Telekanalın məlumatına əsasən, məhbuslardan 16-nın başı kəsilib, digərləri isə məhbuslar tərəfindən törədilən yanğın nəticəsində ölüblər.

Bildirilir ki, həbsxananın 2 işçisi girov götürülüb və daha sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, may ayında Amazonas ştatının paytaxtının həbsxanasında baş verən iğtişaşlar nəticəsində 55 məhbus həlak olmuşdu.

İnterpress.az