Könüllülər üçün TOT seminarlar başa çatıbbackend

Könüllülər üçün TOT seminarlar başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, seminarlar Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının dəstəyi ilə reallaşıb.

Üç gün davam edən təlimlər zamanı iştirakçılara qeyri-təhsil metodlarından isitifadə edərək praktiki təlimlər və qruplar üzrə komanda işləri təşkil olunub.

Təlimlərin sonunda iştirakçılara hədiyyə və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır.

Eyni zamanda, layihə müddətində hazırlanacaq sosial film vasitəsilə könüllülərin ətraf mühiti plastik tullantılardan təmiz saxlamaları və sentyabrın 21-də, Dünya Təmizlik Günündə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq ediləcək.

İnterpress.az