Aleksandr Usikin Karlos Takama ilə görüşü Çikaqoda baş tutacaqbackend

Aleksandr Usikin Karlos Takama ilə görüşü Çikaqoda baş tutacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Sport.ua”ya istinadla xəbər verir ki, WBA-nın ağır çəki dərəcəsində dünya çempionu titulundan imtina edən boksçunun promauteri Eddi Hernin məlumatına görə, ukraynalının kamerunlu Karlos Takama ilə yeni çəkidə ilk qarşılaşması bu il oktyabrın 12-də və ya 19-da keçiriləcək. Görüş Çikaqoda baş tutacaq.

Otuz iki yaşlı ukraynalı boksçu Dünya Boks Şurasının (WBC), Dünya Boks Təşkilatının (WBO), Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) versiyaları üzrə dünya çempionu titullarını qazanıb.

Karlos Takama isə 42 peşəkar döyüş keçirib. Onların 36-sı qələbə (28 nokaut), 5-i məğlubiyyət, 1-i isə heç-heçə ilə nəticələnib.

İnterpress.az