İnterpress.az xəbər verir ki, gün ərzində beş cavab qarşılaşması oynanılacaq. Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu ikinci təsnifat mərhələsində Bakıdakı “Dalğa Arena”da İrlandiyanın “Dandulk” komandasını qəbul edəcək. Birinci oyunda səfərdə 1:1 hesablı heç-heçə edən ağdamlılara növbəti mərhələyə vəsiqə üçün qolsuz heç-heçə də kifayət edir. Qarşılaşma saat 21:00-da başlayacaq.
Gün ərzində oynanılacaq digər görüşlər aşağıdakılardır.
“HYK” (Finlandiya) – “Srvena Zvezda” (Serbiya), ilk oyun – 0:2;
“AIK” (İsveç) – “Maribor” (Sloveniya), ilk oyun – 1:2;
“Rusenburq” (Norveç) – “BATE” (Belarus), ilk oyun –1:2;
“Kopenhagen” (Danimarka) – “TNS” (Uels), ilk oyun – 2:0.
Qeyd edək ki, ötən gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin birinci günündə aşağıdakı qarşılaşmalar oynanılıb:
“APOEL” (Kipr) – “Sutyeska (Monteneqro) – 3:0, ilk oyun – 1:0;
“Kalyu” (Estoniya) – Seltik (Şotlandiya) – 0:2, ilk oyun – 0:5;
“Təl-Əviv” (İsrail) – “CFR Cluj” (Rumıniya) – 2:2, ilk oyun – 0:1;
“Bazel” (İsveçrə) – “PSV Eyndhoven” (Hollandiya) – 2:1, ilk oyun – 2:3;
“Dinamo Zaqreb” (Xorvatiya) – “Saburtalo” (Gürcüstan) – 3:0, ilk oyun – 2:0;
“Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan) – 1:1, ilk oyun – 1:3;
“Olimpiakos (Yunanıstan) – “Plzen” (Çexiya) – 4:0, ilk oyun – 0:0.
Qeyd edək ki, “Qarabağ” komandası qələbə qazanacağı təqdirdə üçüncü təsnifat mərhələsində “APOEL” klubu ilə üz-üzə gələcək.
İnterpress.az