Bəşər Əsəd: “Onlar bizə pul vermirlər”backend

Bəşər Əsəd: “Onlar bizə pul vermirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd “Foreign Affairs” jurnalına verdiyi müsahibədə deyib.

B.Əsədə neftin qiymətinin aşağı düşməsiylə bağlı Suriyaya yardımların kəsilmə ehtimalı ilə bağlı sual verilib. Əsəd “Xeyr, onlar bizə pul vermirlər. Ona görə də neftin qiymətinin aşağı düşməsi Suriyaya təsir etmir. Əgər onlar yenə yardım etmək istəsələr, bu ancaq kredit şəklində ola bilər. Hazırda biz hər hansısa dəyişikliyi hiss etmirik” deyə cavablandırıb.

Məlumat üçün bildirək ki, bu gün Moskvada Suriya dialoqu başlayıb. Tədbir 26-27 yanvar və 28-29 yanvar olmaqla iki etapa bölünür. Birinci etapda müxaliflərin görüşü keçiriləcək. İkincidə isə rəsmi Dəməşqlə müxalif arasında danışıqlar keçiriləcək.

Xatırladaq ki, Suriyada 2011-ci ilin martından faktiki vətəndaş müharibəsi gedir. BMT-nin hesablamalarına görə, müharibədə 200 min adam həlak olub. Əsədə qarşı döyüşənlər arasında müxtəlif qruplaşmalar var ki, onların arasında ən böyüyü İŞİD sayılır.

İnterpress.az