\”Multimedia\” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz həftə səkkiz mən doqquz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini (NRYTN) sosial şəbəkədə tənqid atəşinə tutur.
Osman Gündüz sosial şəbəkələrdə bildirir ki, onun sahəsi olduğu üçün daha çox NRYTN-dən yazır. Düzdür, yazır ancaq necə və niyə yazır? Özünü informasiya texnologiyaları üzrə ekspert kimi təqdim edən şəxsin yazdıqlarına baxdıqda, yazdıqlarının təkcə tənqid, haqqlı irad olmadığını aydın görmək olur.
Bəs Osman Gündüz nə istəyir?
Osman Gündüz QRANT, el dili ilə desək RÜŞVƏT, Osman əfəndinin dili ilə desək NƏMƏR istəyir.
Şantaj həvəskarı Osman Gündüz konkret alaraq nazir Ramin Quluzadəni hədəf alır və o məsələni daha da daramatikləşdirmək üçün bəzən Prezident Administirasiyasının adını hallandırmaqla guya oyunbaz adam nazirə hədə-qorxu gəlir.
Adamın şantaj etdiyi digər qurumarın da zərərçəkənlərində aldığımız məlumata görə, Osman Gündüz təkcə qrnatla yetinmir. Belə ki, qrant müqabilində hansısa bir iş də görülməlidir. O isə konkret olaraq heç bir iş görmədən yüksək məbləğdə pul alaraq, ciblərini doldurmaq istəyir. Bununsa tək bir adı var – REKET.
Maraqlıdır ki, haqq-ədalət carçısı kimi özünü göstərsə də, Osman Gündüz yazıdqları ilə bağlı heç bir fakt ortaya qoymur. Göstərdiyi faktlarısa adam o qədər fəlsəfi yazır ki, özüağıldalar Gündüzü alim sayır.
Əldə edilən məlumata görə, Osman Gündüz əvvələr nazirlik tərəfindən yaxşıca \”yedizdirilib\”. O zaman sual olunur, \”yal\” kəsiləndə problem Osman Gündüzün gözünə görünməyə başladı? Bəs \”yedizdiriləndə\” niyə problemlərdən yazmırdı? Demək ki, \”yal\” gözləri örtürmüş.