DİM-dən İnterpress.az-a bildirilib ki, avqustun 9-u saat 11:55-ə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 27-si müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələr noyabrın 5-dək davam edəcək. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə (54 vəzifə) Mədəniyyət Nazirliyi tərəfindən çıxarılıb.
Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.
İnterpress.az