Cəzaçəkmə müəssisəsinə telefon keçirmək istədi, yaxalandıbackend

Cəzaçəkmə müəssisəsinə telefon keçirmək istədi, yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nicat Əmir oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş bacısı oğlu Samir Cəmil oğıu Əhmədovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Bu zaman əynindəki qış gödəkcəsinin sağ cibində gizlədilmiş, daxilində danışıq kartları olan iki ədəd mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

İnterpress.az