Samuxda əsas vəsaitlərə 3314,1 min manat sərmayə qoyulubbackend

Samuxda əsas vəsaitlərə 3314,1 min manat sərmayə qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux Rayon Statistika İdarəsindən İnterpress.az-a bildirilib ki, sənaye sahəsinə 2198,1 min manat, sosial sahəyə isə 1116 min manat investisiya qoyulub.

Əsas kapitala qoyulan investisiyanın 2198,1 min manatı və ya 66,3 faizi istehsal təyinatlı, 1116 min manatı və ya 33,7 faizi isə qeyri-istehsal təyinatlıdır. 1047,3 min manat əsas fondlar istifadəyə verilib. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 1013 min manat olan 3147 kvadratmetr mənzil tikilib istifadəyə verilib. Əsas kapitala yönəldilmiş sərmayənin 2301,1 min manatı və ya 69,4 faizi dövlət büdcəsindən ayrılıb, 1013 min manatı və ya 30,6 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olub.

İnterpress.az