ABŞ-da Rusiya casusları ifşa olunubbackend

ABŞ-da Rusiya casusları ifşa olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, şübhəlilərdən biri, 39 yaşlı Yevgeni Buryakov Nyu-Yorkda saxlanılıb.

Digərləri- 40 yaşlı İqor Sporışev və 27 yaşlı Viktor Podobnıy diplomatik statuslarından istifadə edib ABŞ-ı tərk ediblər. Məlumata görə, Yevgeniy Buryakov Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olub. O, Manhettendə yerləşən Rusiya mənşəli bankda işləyib.

İqor Sporışev ABŞ-da 2010-cu ilin noyabrından 2014-cü ilin noyabrına qədər Rusiyanın Nyu-Yorkda ticarət nümayəndəsi qismində işləyib. Viktor Podobnıy isə Rusiyanın BMT-dəki daimi nümayəndəliyində atteşə kimi 10 ay işləyib.

Federal Tədqiqat Bürosu aşkar edib ki, Sporışev və Podobnıy Buryakova təlimatlar verib. FTB onları hələ 2012-ci ilin martından izləməyə başlayıb. Həmin bu müddət ərzində onlar 48 dəfə görüş keçiriblər. Bu görüşlərdə Buryakov Sporışevə müxtəlif əşyalar, mələsən jurnal və kağız yığını verib.

Təqsirləndirilənlər Rusiyanın xeyrinə casusluqda ittiham edilirlər. Onları Rusiya banklarına qarşı sanksiyalar, Amerikanın alternativ enerji mənbələri barədə araşdırmalar maraqlandırıb. Rusiyalılar həmçinin Nyu-York sakinlərini “satın almağa” cəhddə ittiham edilir.

İnterpress.az