“Qulp”un Şahnazı ailəsi ilə şam ağaclarının ümidinə qalıbbackend

“Qulp”un Şahnazı ailəsi ilə şam ağaclarının ümidinə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

55 yaşlı qadın biri ruhi, digəri də ağır xəstə olan 2 oğlu, gəlini və xəstə nəvəsi ilə Səbail rayonu Bayıl qəsəbəsi, Əli Nəzmi 28 ünvanında 5 km zirzəmidə məskunlaşıb.

İnterpress.az xəbər verir ki, “Təmiz dünya” İctimai Birliyinə müraciət edən Şahnaz Bulatovanın acınacaqlı durumda yaşadığı aşkarlanıb. Təşkilatın nümayəndəsi Məlahət Nəbiyevanın sözlərinə görə, su və qaz xətlərini keçdiyi zirzəmidə hamam və tualet yoxdur: “Ailə tualet ehtiyaclarını ödəmək üçün axşamı gözləyir ki, evin yaxınlığındakı şam ağacları olan əraziyə getsinlər. 16 ildir ailə bu şəraitdə yaşayır. Kömək üçün bir çox qurumlara müraciət edilib, ancaq indiyə qədər real yardım yoxdur”.
Şahnaz Bulatova “Təmiz dünya”ya müraciət edərək təşkilatın sədri Mehriban Zeynalova ilə də görüşüb. Görüşdə Şahnaz Bulatova televiziyalara çıxmaqdan artıq utandığını bildirib: “Şahnaz xanım qəzəl müəllifi kimi də tanınır. Onu bir çoxları ANS telekanalındakı “Qulp” verilişindən tanıyır. Ancaq indi utandığından heç bir telekanala çıxmaq istəmir”.

Qeyd edək ki, “Təmiz dünya” məsələ ilə bağlı Səbael rayon İcra Hakimiyyətinə müraciət edəcək.

Elnarə
İnterpress.az