Əri döydü, 8 dəfə əməliyyat olundu – BAKIDAbackend

Əri döydü, 8 dəfə əməliyyat olundu – BAKIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buna görə də 8 dəfə əməliyyat edilən qadın növbəti dəfə əməliyyat edilmək məcburiyyətindədir. Bu barədə məlumat İnterpress.az-a “Təmiz dünya” İctimai Birliyindən daxil olub.

Təşkilata müraciət edən Sevil Babayeva (ad şərtidir) əri tərəfindən mütəmadi olaraq fiziki zorakılığa məruz qalıb. Baş və bədənində xəsarət izləri olan qadın ali təhsilli olmasına baxmayaraq, iş qabiliyyətini itirib: “Gənc qadın başından aldığı zərbələr nəticəsində baş nahiyəsində şiş yaranıb. İki uşağı ilə bərabər əri tərəfindən tərk edilən qadın 8 dəfə əməliyyat olunub. Ailə hər şeyini sataraq qadını əməliyyat etdirib. Ancaq indi yenə əməliyyyata ehtiyacı var. Əri isə qadını bu vəziyyətdə qoyaraq ikinci dəfə evlənib. Qadının əməliyyatına yardım etmək istəyənlər təşkilatla əlaqə saxlaya bilərlər”.

Elnarə
İnterpess.az