Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Ermənistanın müdafiə naziri Seyran Ohanyanın bu gün keçirdiyi mətbuat konfransında snayperlərin cəbhə xəttindən çəkilməsi barədə dedikləri barədə sorğusuna cavab olaraq bildirilib.
Müdafiə Nazirliyi bəyan edib ki, hələ də bu ideyaya uyan beynəlxalq təşkilatlar və qurumlar var: «Sual olunur: Nə üçün məhz snayperlər təmas xəttindən çəkilməlidir? Bəs digər hərbi elementlər – hərbi texnikalar, minaatanlar, qumbaraatanlar və sair. Fərz edək ki, belə bir anlaşma olarsa, onun icrasına necə nəzarət ediləcək? Kim zəmanət verə bilər ki, uşaqları, qadınları, ahılları, heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri atəşə tutan, daim xain xisləti ilə seçilən erməni tərəfi bu dəfə razılaşmanı yerinə yetirəcək?»
Müdafiə Nazirliyi bildirib ki, problemdən yeganə çıxış yolu beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasıdır.
İnterpress.az