Alman deputatın Təbriz səfəri İranı qəzəbləndiribbackend

Alman deputatın Təbriz səfəri İranı qəzəbləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İranda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və siyasi fəallar Klavdiya Rotla görüşü planlaşdırılırdı. Ancaq görüşü planlaşdıran bəzi şəxslər polis tərəfindən həbs edilib. Bu isə K.Rotun ciddi etirazı ilə qarşılanıb.

Məsələyə münasibət bildirən K.Rot bunu İranda insan haqlarının acıqnacaqlı vəziyyətinin sübutu kimi qiymətləndirib.

İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri, Azərbaycan ictimaiyyətinə deputat Siyavuş Novruzovla mübahisələrindən tanış olan Mənsur Həqiqətpur K.Rota qarşı sərt mövqe nümayiş etdirib. O, Rotun gələcəkdə İrana səfərinə qadağa qoyulmasına çağırıb. İran parlamentinin başqa bir təmsilçisi Məhəmməd Hüseyn Fərhəngi Rotun Təbrizə səfərinin İranın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Qeyd edək ki, Klavdiya Rot Təbrizə səfəri zamanı Urmu gölünün qurumasının qarşısını almaq üçün fəaliyyət göstərəcəklərini bildirib.

İnterpress.az