DSX-nin mətbuat mərkəzindən İnterpress.az-a bildiriblər ki, avqustun 29-da saat 18:30-da Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub. Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb. Hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.
İnterpress.az