İnterpress.az xəbər verir ki, Avrokubokların pley-off mərhələsi başa çatdıqdan sonra siyahıda bəzi dəyişikliklər baş verib.
Lakin bunlar Azərbaycanın siyahıdakı ən yaxşı təmsilçisi \”Qarabağ”dan yan keçib. İki matçın nəticəsinə görə Şimali İrlandiyanın \”Linfild” klubunu (2:3, 2:1) səfər qolu sayəsində mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri 70-ci sırada qalıblar.
Azərbaycan çempionu mərhələ adlamaqla cari mövsümdəki qazancını da 3,000-ə çatdırıb. Son 5 ilə əsasən hesablanan reytinq xalı isə 20,000-a yüksəlib.
\”Qarabağ” 69-cu olan \”Styaua”dan 0,500 xal geridədirsə, 71-ci yerin şərikləri \”Milan”, \”Selta”, \”Partizan” və \”Fiorentina”nı 1,000 xal qabaqlayır.
Digər təmsilçilərimizdən \”Qəbələ” 7,500 xalla 141-ci, \”Neftçi” 3,750 xalla 270-ci sırada qərarlaşıb. \”Səbail”, \”Keşlə”, \”Zirə” və \”Kəpəz” 3,550 xalla 280-ci pillənin şərikləridir.
Qeyd edək ki, 421 komandanın yer aldığı cədvələ \”Real” başçılıq edir – 121,000 xal.
İnterpress.az