Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM)İnterpress.az verilən məlumata görə, Heydər Əliyev prospekti əsas yolda Koroğlu metro stansiyası istiqamətində tıxac müşahidə olunur.
NİİM sürücülərə alternativ olaraq kənar yoldan istifadə etməyi məsləhət görür.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində xəsarətlə nəticələnməyən yol qəzası baş verib. Nəticədə prospektdə tıxac yaranıb. Hazırda polis tıxacın aradan qaldırılması istiqamətində iş aparır.
İnterpress.az