Helikopter faciəsindən 23 il ötürbackend

Helikopter faciəsindən 23 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı \”Mİ-8\” mülki vertolyotu ermənilər tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulub.

Terror hadisəsi Şuşanın Xəlfəli kəndinin yaxınlığında baş verib. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü olmaqla, 44 nəfər dünyasını dəyişib.

Bundan əvvəl isə 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında \”Mİ-8\” vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər – Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər – 19 nəfər vəfat edib.

İnterpress.az