Nikaha girən şəxslərdən tibbi arayış iyunun 1-dən tələb olunacaqbackend

Nikaha girən şəxslərdən tibbi arayış iyunun 1-dən tələb olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidentinin təqdimatı ilə Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində “yanvarın 1-dən” sözləri, “iyunun 1-dən” sözləri ilə əvəz edilir.

Bu dəyişikliyi şərh edən komitə sədri Hadı Rəcəbli bildirib ki, buna səbəb tibbi arayışın tələb olunması və o arayışda göstəriləcək xəstəliklərin tərtib olunması ilə bağlı sənədlərin rekviditləşdirilməsinin yanvarın 1-dən qüvvəyə minməsi üçün çatdırıla bilməməsidir.

Dəyişiklik plenar iclasa tövsiyə olunub.

İnterpress.az