Soros Ukrayna üçün pul tələb edirbackend

Soros Ukrayna üçün pul tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu amerikalı maliyyəçi Corc Soros və fransız yazıçısı, filosof Bernar-Anri Levi həmmüəllif olduqları məqalədə bildiriblər.

“Ukrayna özünü hərbi sahədə müdafiə edəcək. Ancaq ona təcili 15 milyar dollar maliyyə yardımı lazımdır. Ukraynanın yaşaması və özəl sərmayəni stimullaşdırmaq üçün Qərb ölkələri Kiyevə əlavə vasitələrin təqdim olunmasına görə siyasi məsuliyyəti üzərinə almalıdırlar” deyə məqalədə vurğulanıb.

“New York Times” qəzetində nəşr olunan “Yeni Ukraynanın xilas etmək” adlı məqalədə qeyd olunur ki, Qərbin Kiyev qarşısındakı öhdəliklərinin Ukrayna hakimiyyətinin hərbi konfliktdən çıxması və islahatların keçirilməsinə mühim təsiri var.

Soros bundan əvvəl Davos forumunda çıxış edərkən bildirmişdi ki, Ukraynadakı hərbi böhran bütün Avropa üçün təhlükədir.

İnterpress.az