Kafedə partlayış olubbackend

Kafedə partlayış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Masazır qəsəbəsində baş verib.

Masazır qəsəbəsində qəsəbə sakini Nicat Novruzova məxsus kafedə qaz balonunun sızması nəticəsində partlayış baş verib. Daha sonra isə kafedə yanğın başlayıb.

Nəticədə kafenin pəncərə şüşələri sınıb. Hadisə kafedə təmir işləri aparılarkən olub.

Yanğın zamanı iki nəfər yaralanıb. Bunlar təmir işləri aparan qəsəbə sakinləri Elşad Abbasov və Qabil Quliyev olub. Onlar yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

İnterpress.az