Tənzilə Rüstəmxanlı: “Atatürkü satqınlıqda ittiham etmək ağılsızlıqdır”backend

Tənzilə Rüstəmxanlı: “Atatürkü satqınlıqda ittiham etmək ağılsızlıqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkiyə telekanallarından birində yayımlanan proqramda bu barədə müzakirələrin aparılmasından sonra Atatürk tərəfidən yazıldığı iddia edilən məktub yenidən Azərbaycan icitmaiyyətinə təqdim olunur.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı sözügedən məsələnin Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü unutdurmaq siyasətinin təzahürü olduğunu vurğulayıb: “İstənilən formada uydurma məktub hazırlamaq mümkündür. Amma Atatürkə iftira atanlar öz istəklərinə nail ola bilməyəcəklər. Çünki türk milləti artıq öz liderləri haqqında son və qəti sözünü deyib. Azərbaycanı satmaq məsələsi də böhtandır. Atatürk \”Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyərək dövlətimizə öz münasibətini açıqlayıb. Həmçinin Atatürk “Zaman gələcək Sovetlər Birliyi dağılacaq və qanı qanımızdan, dili dilimizdən olan qardaşlarımız öz azadlıqlarını əldə edəcəklər. Biz Türkiyə olaraq buna hazırlıqlı olmalıyıq” deyib. Bu sözləri deyən adamı \”satqınlıqda” ittiham etmək ağılsızlıqdır. Bu cür iftiralarla Atatürk heç vaxt Azərbaycan xalqının ürəyindən, beynindən silmək olmaz. Ona olan sayğı və sevgi hansısa bir tarixçinin araşdırması ilə azalmaz. Atatürkə qarşı edilən bütün hücumların kökündə indiki Türkiyə iqtidarının apardığı siyasət dayanır”.

İnterpress.az