İnterpress.az xəbər verir ki, Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Keçirilən təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır. Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.
Qeyd edək ki, Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri sentyabrın 16-dan 20-dək davam edəcək.
Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.