Helikopter qəzaya uğradıbackend

Helikopter qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Vyetnamda hərbi helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb. Nəticədə 4 hərbçi həlak olub.

Vyetnam baş qərargah rəisinin köməkçisi Vo Van Tuan ABŞ istehsalı olan Huey tipli helikopterin Ho Çi Mindəki aerodromdan qalxdıqdan səkkiz dəqiqə sonra radarlardan itdiyini bildirib. Axtarışlardan sonra helikopterin qalıqları bir fermanın yaxınlığında tapılıb.

Helikopterin qəza səbəbləri hələlik bilinmir. Vyetnam savaşından qalan 50 ədəd Huey tipli helikopterlərin çoxu hələ də təlim və axtarış xilasetmə işlərində istifadə olunur.

Keçən il paytaxt Hanoe yaxınlığında Rusiya istehsalı helikopterin qəzaya uğraması nəticəsində 20 nəfər ölmüşdü.

İnterpress.az