Ukrayna ordusu mühasirəyə alındıbackend

Ukrayna ordusu mühasirəyə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə qondarma Donetsk Xalq Respublikasının ordu rəhbərinin müavini Eduard Basurin açıqlama verib.

Onun sözlərinə görə, separatçılar Ukryananın cənub-şərqində yerləşən Debaltsevo məntəqəsində nəzarəti ələ alıblar.

Basurin bildirib ki, separatçılar məntəqəni ələ keçirmək üçün bütün günü döyüşüblər.

\”Hazırda Ukrayna ordusunun bölgədən çıxarılması üçün döyüşlər gedir. Döyüşçülər Artemovsk- Debaltsevo avtomagistralına da nəzarət edirlər. Şəhərdə təxminən 10 min Ukrayna əsgəri var. Şəhərdən çıxa bilmirlər\”, deyə Basurin bildirib (ans).

İnterpress.az