Mükafatı alan serialın yaradıcısı Kreyq Meyzin serialın insanlara yalanın təhlükəsini dərk etməyə kömək edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, “Çernobıl” HBO telekanalının çəkdiyi beş hissəli serialdır və Çernobıl AES-dəki qəzaya həsr olunub.
Xatırladaq ki, “Emmi” ABŞ-da televiziya sahəsində təqdim edilən mükafatdır. Bu mükafat Oskar, Qremmi və Toni mükafatlarının televiziya ekvivalenti hesab edilir.
Bu il Los-Anceles şəhərində 71-ci “Emmi” mükafatının təqdimetmə mərasimi keçirilib.