Qar altında qalan iki snoubordçu XİLAS EDİLDİ – Biri başıaşağı vəziyyətdə QALIB – VİDEObackend

Qar altında qalan iki snoubordçu XİLAS EDİLDİ – Biri başıaşağı vəziyyətdə QALIB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şeregeşdə qar altında qalan iki snoubordçu xilas edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Kemerovo vilayətində yerləşən Şeregeş xizək kurortunda meşəlik ərazidə snoubord sürən iki nəfər qar altında qalaraq təhlükəli vəziyyətə düşüb.

Məlumata görə, onlar “Vostok” kanat yolunun yaxınlığında hərəkət edərkən snoubordçulardan biri donmamış dərəyə düşüb.

Dostuna kömək etmək istəyən digər snoubordçunun üzərinə də qar uçqunu gəlib. Yevgeni adlı gənc başıaşağı vəziyyətdə qarın altında qalıb və təxminən iki dəqiqə ərzində oradan çıxa bilməyib.

O, nəfəs almaq üçün özünə yer açmağa çalışarkən qar yeməyə məcbur olub.

Yaxınlıqda snoubord sürən bir cütlük hadisəni görərək köməyə gəlib. Onların köməyi ilə hər iki şəxs qar altından çıxarılıb.

Xilasetmə anı videoya çəkilib.

Xuraman Etibarlı

İnterpress.az