Bunu rəsmi Havana münasibətləri normallaşdırmaq şərtlərindən biri kimi təqdim edir. İnterpress.az xəbər verir ki, Kubanın rəsmi mətbuatı Kastronun ABŞ-a məktubunu dərc edib.
“Biz həmişə dünyadakı insanlarla yaxşı münasibət qurmaq istəmişik. Həmçinin siyasi rəqiblərimizə. ABŞ-la münasibətlərimiz blokada olduğu müddətdə, “Quantanamo” hərbi-dəniz bazasının mövcudluğu şəraitində yaxşılaşa bilməz” deyə məktubda vurğulanır.
Qeyd edək ki, 1903-cü ildə “Quantanamo” hərbi bazasının ərazisi o zamankı Kuba hakimiyyəti tərəfindən ABŞ-a uzunmüddətli kirayəyə verilib.
ABŞ Kastronun fikirlərinə hələlik heç bir münasibət bildirməyib.
İnterpress.az