İnterpress.az xəbər verir ki, bunu Urumçidəki “bölgə hökuməti” adlandırılan qurumun təmsilçisi Nişan İbrahim verib. “Müfəttiş” Nişan İbrahimin sözlərinə görə, bu rəqəm 2013-cü illə müqayisədə 95 faiz çoxdur.
Həbs edilənlərin bir çoxu terror təşkilatları ilə bağlılıqda ittiham edilib.
Dünya Uyğur Konqresinin sözçüsü Dilşad Rəşit Hür məsələyə münasibət bildirərək Çinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozduğunu bildirib: “Çin terrorizmi bəhanə edərək müsəlman uyğur türklərini həbs edir, qorxudur və artıq bu məsələdə çox irəli gedib”.
İnterpress.az