TQDK-nın 263 müəllim barədə qərarıbackend

TQDK-nın 263 müəllim barədə qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2014-cü ildə test imtahanlarına nəzarətçi kimi 14392 müəllimdən 9061 nəfər buraxılış imtahanlarında, 6558 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib.

O həmçinin bildirib ki, qəbul və buraxılış imtahanlarında nəzarətçi müəllimlərin fəaliyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticlələrinə əsasən, 771 nəfər nəzarətçi-müəllimə təşəkkür elan edilib. 26 nəzarətçi müəllim fəxri fərmanla təltif edilib.

TQDK sədri təltif edilən müəllimlər içərisində Ana dili və riyaziyyat fənn müəllimləri çox az olduğunu da qeyd edib. O, bunu həmin fənn müəllimlərinin iştirak etdiyi imtahanların sayının 30-dan az olması ilə əlaqələdirib. “Bu fənnlər əsas fənn olduğu və imtahanlarda qeyri-fənn müəllimlərinin nəzarətçi təyin edildikləri üçün bu iki fənn müəllimləri təltif olunanlar sırasında deyil. Lakin təşəkkür edilən 771 nəzarətçi-müəllimlər arasında kifayət qədər ana dili və riyaziyyat fənn müəllimləri var”.

Xatırladaq ki, indiyədək TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2017 nəzarətçiyə təşəkkür elan edilib, 248 müəllim fəxri fərmanla təltif edilib.