Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib və Azərbaycanla bağlı qərar qəbul olunub.
Toplantıda polşalı parlamentar Tadeuş İvinski Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib. T. İvinski AŞPA-da Sol demokratlar Alyansı qrupunu təmsil edir.
Qeyd edək ki, T. İvinski bu vəzifədə Jozef Debono Qrexi əvəzləyib.
Jozef Debono Qrexin bu vəzifədə səlahiyyət müddəti ötən ilin noyabrında başa çatıb. ( apa )
İnterpress.az