75 nəfər 10 yaşlı qıza təcavüz edibbackend

75 nəfər 10 yaşlı qıza təcavüz edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o zaman yeniyetməni zorlamaqda ittiham edilən 9 nəfər həbs edilsə də, daha sonra onlar sərbəst buraxılıb.

Daha sonra dövlət mühafizəsinə alınan qızın ifadələrinə əsasən əlavə 75 nəfər barəsində araşdırma başlayıb. Ancaq məhkəmə nəticəsində 9 nəfər sərbəst buraxılıb. 75 nəfər barədə istintaq dayandırılıb və təqibsizlik qərarı verilib.

Ancaq 7 ildən sonra iş yenidən açılıb. Ankara Cümhuriyyət Prokurorluğunun müstəntiqi işi yenidən araşdırır.

Müstəntiq artıq qızın 2007-ci ildə qaldığı sığınacağın müdiri Faruk İlhanın ifadəsini alıb. İlhan bildirib ki, o zaman qızla bağlı ifadə hesabat verərkən ona təzyiqlər olub.

Xatırladaq ki, yeniyetmə ilə aparlan sorğu zamanı qız 10 yaşından bəri cinsi təcavüzə məruz qaldığını bildirib. O, 75 nəfərin adını çəkib. Toplanan məlumatlar bölgə prokurorluğuna göndərilib.

Ancaq bundan sonra sığınacağın psixoloqu və sosial xidmət mütəxəssisinin yeri dəyişdirilib. Yeniyetmə də Şanlıurfa şəhərindəki qadın sığınacağına göndərilib.

İşi aparan müstəntiq də yenisi ilə əvəz edilib. Ekspertizaların zorlamayla bağlı hesabatlarına baxmayaraq 9 nəfər iki ay sonra azad edilib. Qalan 75 nəfər barədə isə 2008-ci ildə təqibsilik qərarı verilib. Ancaq indi işin yenidən araşdırılması yeni həbs dalğasını mümkün edir.

İnterpress.az