Tarkan yeddi gündə üç milyon manat qazandı – FOTObackend

Tarkan yeddi gündə üç milyon manat qazandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, pop ulduz keçən il dünyaya gələn qızı Liyadan ayrılmamaq üçün konsertlərini təxirə salmışdı.

Tarkan bu il isə ard-arda yeddi konsert proqramı ilə çıxış edib.

Konsertlərinin finalını şənbə axşamına salan meqastar hər gecə 20 mahnı səsləndirib.

Yeddi gündə üç kilo çəki atan Tarkan 100 nəfərdən ibarət komanda ilə çalışıb və modelyer Gülnur Güneşin özəl geyim kolleksiyasından 21 pencək geyinib.

Tarkanı ümumilikdə 39 min tamaşaçı izləyib.

Türkiyənin əsəs ulduzu yeddi gündə verdiyi konsertdən isə doqquz milyon lira, təxminən üç milyon manat pul qazanıb.

Tarkan yeddi gündə üç milyon manat qazandı - FOTO

Tarkan yeddi gündə üç milyon manat qazandı - FOTO