İstanbulda İran zirvəsibackend

İstanbulda İran zirvəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müzakirələrə Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt də qatılacaq.

İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında “5+1” formatında görüşlərdə bu il iyulun 1-də yekun qərara gəlmək barədə razılıq əldə olunub.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu müzakirələrdə yekun qərara gəlməyin mümkün olmadığını deyib.

Onun sözlərinə görə, müzakirələr kritik dövrə gəlib: “Qarşı tərəf siyasi iradə göstərərsə müzakirələr üçün müəyyən olunan son tarixdən 4 ay əvvəl anlaşma ələ oluna bilər”.

Nazirin sözlərinə görə, artıq detallar müzakirə olunur. Məhəmməd Cavad Zərif İranın sülh məqsədli nüvə layihələrini həyata keçirmək haqqının olduğunu vurğulayaraq deyib ki, qarşı tərəfin təzyiq siyasətindən əl çəkməsi nəticəni tezləşdirər.

Xatırladaq ki, ötən ay Cenevrədə İranla “5+1” müzakirələri nəticəsiz yekunlaşaraq 2015-ci il iyulun 1-nə qədər təxirə salınıb. Lakin keçən həftə Davos forumunda görüşən Zərif və Con Kerri müzakirələrin yaxın tarixdə davam etdirilməsiylə bağlı razılığa gəlib.

İnterpress.az