Dünya akademikləri Güney Azərbaycan üçün birləşdibackend

Dünya akademikləri Güney Azərbaycan üçün birləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müraciət dərc olunduqdan sonra dünyanın müxtəlif ölkələrindən professor və akademiklər Urmu gölünü qurtarmaq üçün köməyə hazır olduqlarını bildiriblər.

Belə ki, Miçiqan Texnologiya Universitetinin nümayəndəsi Əli Mirçi, mərkəzi Londonda olan Ətraf Mühit Siyasəti İmperial Kollecinin elmi şurasının üzvü Kave Mədəni, KaliforniyaUniversitetinin doktoru Amir Ağa Kiçik də müraciətə qoşulan elm xadimləri arasındadır.

Xatırladaq ki, Almaniya parlamentinin başqan köməkçisi Klavdiya Rot da İrana səfəri zamanı Təbrizdə keçirdiyi görüşdə Urmu gölünün vəziyyəti ilə maraqlanıb. Daha sonra Almaniyada dövlət xəbər agentliyinə verdiyi müsahibədə Klavdiya Rot Urmu gölünün məhv olmasına imkan verilməyəcəyini vurğulayıb.

İnterpress.az