Ucarda ağır yol qəzası: xəsarət alanlar varbackend

Ucarda ağır yol qəzası: xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün axşam saatlarında, Bakı – Qazax əsas magistral yolunun 217 – ci kilometrliyində, Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

90-KB-515 dövlət nömrə nişanlı “Nissan” markalı minik maşını ilə 90-LT-864 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı minik maşını toqquşub. Nəticədə “Mitsubishi Pajero”da olan sərnişinlər – Bakı şəhər sakinləri, 46 yaşlı Validə Bəybala qızı Budaqova və 14 yaşlı Zivər Samir qızı Ağayeva müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

İnterpress.az