Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, guya azərbaycan kəşfiyyatçıları Azərbaycan-Ermənistan sərhədində “Daevoo” markalı avtomobili atəşə tutublar.
İddia olunur ki, kəşfiyyat qrupumuz atəş açıldıqdan sonra geri çəkilib.
Azərbaycan Müdafiə Nazirliyindən isə bildirilib ki, bu, erməni tərəfinin uydurmasıdır.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri məhv etmək üçün yalnız hərbi hədəflərə atəş açır:
\”Mülki insanların, dinc sakinlərin, heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektlərin atəşə tutulması isə yalnız ermənilərə xas olan xüsusiyyətdir\”.
İnterpress.az