30 yanvar tarixində saat 10:00-dan işlər başa çatanadək Səbail rayonunun 20-ci sahə və Bayıl qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrin yaranması diametri 325 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin avtomobil keçidi hissəsində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədardır.
İnterpress.az