Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Nazim Rəcəbov Baş Prokurorluğun Kadrlar İdarəsinə, Erkin Əlixanov isə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
N.Rəcəbov bundan əvvəl Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, daha əvvəl isə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, E.Əlixanov Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsində çalışıblar.
Qeyd edək ki, Baş Prokurorluğun Kadrlar İdarəsinin keçmiş rəisi Bəhruz Mahmudov və Beynəlxalq Əlaqələr İdarəsinin keçmiş rəisi Ruslan Hacıyev qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndəriliblər.
İnterpress.az