İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ermənilər serialın nümayişinin dayndırılması üçün imzatoplama kompaniyasına başlayıblar.
Erməni Mətbuat Mərkəsi bununla bağlı yaydığı açıqlamada serialın qondarma erməni soyqırımının 100-cü ildönümü ərəfəsində nümayiş etdirilməsini 1915-ci il olaylarını unutdurmaq məqsədi daşıdığını vurğulayıb. Ermənilərin fikrincə, bu serialın nümayişi Türkiyənin “soyqırımı” qəbul etməmək siyasətinin bir hissəsidir.
Reytinqləri olduqca yüksək olan seriala qarşı çıxan daha bir erməni təşkilatı Beynəlxalq Erməni Konqresi olub. Konqres nümayəndələri serialın türk mədəniyyətinin nümayişi və turizmin inkişafı üçün gizli reklam olduğu düçüncəsindədir.
İnterpress.az