Rusiya Avropanı ölüm hökmü ilə “hədələyir”backend

Rusiya Avropanı ölüm hökmü ilə “hədələyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, belə bir ehtimalı Dövlət Dumasının sədr müavini İqor Lebedev dilə gətirib.

Onun sözlərinə görə, Rusiya ölüm hökmünə qoyulmuş moratoriumu ləğv edə bilər: “Ancaq bu məsələ hazırda gündəlikdə deyil. Rusiya AŞPA-da fəaliyyətini bir illiyinə dayandırır. Hələlik üzvlükdən çıxmaqla bağlı məsələ gündəlikdə deyil. Bu, 2016-cı ildə müzakiə ediləcək. Əgər avropalı parlamentarilərdən kimsə yenidən Rusiyanın AŞPA-dakı statusunu müzakirəyə çıxasa, o zaman gündəliyimiz dəyişəcək”.

Lebedev bildirib ki, Avropa Şurasından çıxmaq ölüm hökmünün yenidən qüvvəyə minməsi demək olacaq: “Belə olan halda prezident və ya Dövlət Duması qüvvədə olan moratoriumu ləğv edə bilər və bizim “ölüm hökmü” anlayışını qanunlarımza daxil etmək hüququmuz olar”.

Xatırladaq ki, AŞPA-nın yanvarın 28-də keçirlən iclasında Rusiya səsvermə hüququndan aprelə qədər məhrum edilib. Rusiya nümayəndə heyəti isə buna cavab olaraq ilin sonuna qədər AŞPA-nın iclaslarında iştirak etməyəcəklərini bildirib.

İnterpress.az