Bu barədə məlumatı İnterpress. az saytı ilə əməkdaşlıq edən türkyəli müxbir, hazırda Kərkükdə olan Özdemir Hörmüzlü verib. Onun sözlərinə görə, yerli təhlükəsizlik orqanların vəziyyətin nəzarət altında olduğunu bildirirlər.
Xatırladaq ki, dünən gecədən etibarən şəhərin mərkəzində top səsləri eşilib. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin təyyarələri İŞİD-in mövqelərini bombalayıb. Səhər saatlarında bomba yüklü maşın Kərkükün mərkəzində partladılıb. Bundan sonra Kərkük təhlükəsizlik qüvvələri küçəyə çıxmamaq yasağı tətbiq edib.
Həmin vaxtda 4 İŞİD üzvü Kərkük otelinə hücum edib.
İnterpress.az