İnterpress.az xəbər verir ki, “Azərros”un fəxri prezidenti Söyün Sadıqov gözlənilmədən Assambleyadan istefa verdiyini elan edib.
Buna “Azərros”un bu günlərdə keçirilən iclası səbəb olub. Belə ki, Söyün Sadıqov “Azərros”un Daxili İşlər Nazirliyi və Federal Tədqiqatlar Bürosunun müdaxiləsi nəticəsində az qala dağılmaq üzrə olduğunu bildirib. Həmçinin bəzi məmurların da qurumun işinə müdaxilə etdiyini vurğulayıb. Rusiya Xalqlar Assambleyasını belə bir şəraitdə Azərbaycan icmasını müdafiə etmək cəsarəti tapmamaqda ittiham edən Söyün Sadıkov bundan sonra qurumda fəaliyyətini davam etdirməyəcəyini bildirib.
Söyün Sadıqov Assambleyada çoxlu dostlarının olduğunu deyib: “Ancaq azərbaycanılaların növbəti qurultayı ərəfəsində məlum oldu ki, vətəndaş cəmiyyəti hələ ki, öz hüquqlarını müdafiə edə bilmir. Mən öz millətimi-azərbaycanlıları və öz vətənimi-Rusiyanı sevirəm. Heç kəsə onları ələ salmağa imkan vermərəm”.
Elnarə
İnterpress.az